Leyla Abdullayeva: “Ciddi sınaqlara məruz qalan dilimizin özəlliyini qoruyub saxlaya bilmişik”

Hazırda oxunan: Leyla Abdullayeva: “Ciddi sınaqlara məruz qalan dilimizin özəlliyini qoruyub saxlaya bilmişik”

106593

“Dövlətimiz Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib və yetirir. Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Azərbaycan dili də xalqımızın milli sərvətidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət Mərkəzində “Natavan” məktəbinin açılışında söyləyib.

Azərbaycan səfiri diqqətə çatdırıb ki, dövlətimizin uğurlu siyasəti nəticəsində bu gün dünyanın hansı ölkəsində olursa-olsun azərbaycanlılarla görüşəndə ana dilində ünsiyyət qururuq:

“Bu, bizim böyük və dəyərli sərvətimizdir. Vaxtilə müxtəlif təsirlərə, ciddi sınaqlara məruz qalmış dilimizin özəlliyini, zənginliyini qoruyub saxlaya bilmişik.

Səfir COVID-19 pandemiyasına görə dayandırılmış Azərbaycan dili dərslərinə yenidən start verilməsinə görə təşkilatçılara təşəkkür edib. “Uşaqlarımız burada ana dilimizi öyrənəcək, eləcə də Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı biliklərə yiyələnəcəklər.

Həmçinin dərslər vasitəsilə ölkəmizin böyük şəxsiyyətlərini, ictimai xadimlərini tanımaq imkanları olacaq. Səfirliyin nümayəndələri də vaxtaşırı dərslərə qoşulacaq, layihələr həyata keçirəcək. Ana dili hər bir insan üçün çox önəmlidir. Azərbaycan dili bu gün xarici dövlətdə soydaşlarımızı birləşdirən ən ümdə vasitədir.

Əminəm ki, buradakı fidanlarımız ana dilimizi böyük həvəslə öyrənəcək.

Onu qoruyub saxlayaraq, gələcək nəsillərə də ötürəcəklər. Bu hər bir azərbaycanlının vacib missiyasıdır, vəzifəsidir. Harada yaşamaqlarından asılı olmayaraq ana dilini, ənənələrimizi göz bəbəyi kimi qoruyub saxlayacaq, dilimizi yaşadacaq, ona mükəmməl yiyələnəcək, bir-birimizlə bağlarımızı möhkəmləndirəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin