“Türkiyə Ağrı dağa görə Ermənistana məhkəmə iddiası aça bilməz” - Türkiyəli professordan AÇIQLAMA - FOTOLAR

Hazırda oxunan: “Türkiyə Ağrı dağa görə Ermənistana məhkəmə iddiası aça bilməz” - Türkiyəli professordan AÇIQLAMA - FOTOLAR

10653

Ermənilərin Azərbaycanın torpaqlarına saxta ərazi iddiası ilə yanaşı uzun illərdir ki, Türkiyənin şərqində yerləşən Ağrı dağını da mənimsəmək ən başlıca məqsədləridir.

Məsələ ilə bağlı balaca araşdırma aparsaq, tarix boyu özünü hər bir pisliklə sübuta yetirən erməni xislətini açıq gözlə görə bilərik.  

Vikipediyadakı məlumatlara görə guya 1918-20 –ci illərdə Ermənistan müstəqil respublika olub. Axtarış portallarında Ermənistanın gerbi sözlərini axtarışa versəz, ortaya çıxan mənzərə bu millətin acizliyini, psixoloji xəstəliyini orataya çıxaracaq. 

Ermənilər gerblərini belə təsvir edir:

“Mərkəzdə yerləşən qalxan, erməni millətinin simvoludur. Bu dözmlülük, əzmkarlıqdır. Ortada Ağrı dağı (Ararat)  onun üstündə Nuhun Gəmisidir. Əfsanələrə görə, daşqından sonra gəmi məhz Ağrı dağının başında özünə dayanacaq edib”. 

Ağrı dağını öz gerblərində təsvir etdiyi üçün dəfələrlə Türkiyə tərəfindən xəbərdarlıq alsa da, ermənilər bu gün qədər bu məsələni həyasızcasına davam etdirir. Hətta Ermənistan SSR gerbində belə dağın təsviri vardı.

Bizim.Media məsələ ilə bağlı Marmara Universitetinin Beynəlxalq Hüquq Bölməsinin müdiri və professoru Selami Kurana müraciət edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan türklərin ayaqyolu olacaq” - Erməni jurnalistdən ŞOK PROQNOZ


Professor açıqlamasında bildirib ki, Ermənistanın bu hərəkəti ilə beynəlxalq hüquq normalarını pozub.

“Birləşmiş Millətlər Təşkilatı müqaviləsinin  2-ci maddəsində qeyd olunduğu kimi dövlətlər siyasi birlik və ərazi bütövlüyü prinsiplərinə hörmət etmək məcburiyyətindədirlər. Lakin beynəlxalq sistemdə məcburi mühakimə səlahiyyəti olmadığı üçün Türkiyə də Ermənistana qarşı birbaşa məhkəmə iddiası aça bilməz”.

Söhbət əsnasında hüquqşünas həmçinin vurğulayıb ki, Türkiyə bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət edə bilər.

O, bu məsələnin digər aspektlərdən həll yolundan da danışıb:

“Lakin, pozuntunun aşkarlanması üçün Təhlükəsizlik Şurasının daimi üzvləri olan Fransa və Rusiya məsələyə birmənalı münasibət göstərməyəcəklər. Türkiyə bu qanunsuz tətbiqetmənin ləğvi üçün Ermənistana ancaq sanksiyalar tətbiq edə bilər”.

Vüsalə Balayeva, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin