Azərbaycanlı həkimlər ÜST-ün “Səhiyyə sistemində ölkələrarası dərmanlara, COVID-19 və digər peyvəndlərə effektiv nəzarət və monitorinqin gücləndirilməsi” mövzusunda sertifikatlaşdırma proqramında iştirak edib.
ÜST-ün Azərbaycanda nümayəndəliyindən Bizim.Media-ya bildirilib ki, 7-11 dekabr 2020-ci il tarixdə 9 azərbaycanlı həkim onlayn formada baş tutmuş təlimi başa vuraraq imtahanlardan uğurla keçib və Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını əldə edib.
MÖVZU İLƏ BAĞLI:
''Yoluxma azalsa da ölümdə rekord artım var'' - ÜST-dən açıqlama
Tədbirdə, həmçinin, ÜST-nin Avropa Regional Ofisinin təmsilçisi Dr Oleksandr Polişçuk və Azərbaycandakı Nümayəndəliyinin eksperti Dr Cəvahir Süleymanova çıxış edib.
Sertifikat alan həkimlər də öz növbəsində təlim proqramı və əldə etdikləri yeni biliklər barədə fikirlərini bölüşüblər.
Bizim.Media