Azərbaycanın futzal yığmasının oyunları bu ölkədə KEÇİRİLƏCƏK 

Hazırda oxunan: Azərbaycanın futzal yığmasının oyunları bu ölkədə KEÇİRİLƏCƏK 

106425

19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunacaq Avropa çempionatının əsas mərhələsində iştirak edəcək Azərbaycan yığmasının yer aldığı V qrupun oyunları Bosniya və Herseqovinada keçiriləcək. 

Bizim.Media federasiyadan verilən məlumata istinadən bildirir ki, Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv növbəti mərhələyə yüksəlmək üçün meydan sahibləri ilə yanaşı, Fransa və Yunanıstandan olan həmyaşıdları ilə mübarizə aparacaq. 

Bu mərhələnin oyunları gələn il martın 21-dən 26-dək gerçəkləşəcək. Yalnız qrup qalibləri final mərhələsinə yüksələcək. Həlledici mərhələ isə gələn ilin sentyabrında Xorvatiyada təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin