Baş nazirin müavini: “Narkotik vasitələrin 95 faizindən çoxu İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilir”

Hazırda oxunan: Baş nazirin müavini: “Narkotik vasitələrin 95 faizindən çoxu İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilir”

106347

2022-ci il noyabrın 25-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetində növbəti görüş keçirilib. 

Dövlət Komissiyasından Bizim.Media-ya bildirilib ki, tədbirdə cari ilin iyul-sentyabr ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda “patı” dövriyyəsi rekord həddə çatdı – Gömrük Komitəsi


Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edib:

“Bu ilin on ayı ərzində xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95 faizindən çoxu İran İslam Respublikasının ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilib”.

Onun sözlərinə görə, bu, ilk növbədə, Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.

Görüşdə daha sonra qeydiyyatda olan narkotik istifadəçilərinin sayı çox olan şəhər və rayonlar üzrə statistik göstəricilər təhlil edilib, istifadə ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib.
Bu cür halların qarşısının alınması üçün antinarkotik təbliğatın müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla təşkil edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin sistemli şəkildə müvafiq işlərin görülməsinin davam etdirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin