Məşğulluq imkanlarının artırılmasına, eləcə də qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsi ilə nəticələnir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, bu ilin 10 ayında ölkəmizdə əmək müqavilələrinin sayı 43 min və ya 2,6 faiz artaraq 1 milyon 727 min 909 müqavilə təşkil edib.
Ardıcıl sosial islahatlar, o cümlədən əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım dinamikası əməkhaqqı fondunun da davamlı artımına imkan verib.
2022-ci ilin yanvar-oktyabr aylarında əməkhaqqı fondunda 19 faiz artım qeydə alınıb.
Ümumilikdə son 4 ildə əmək müqavilələrinin sayında 30 faiz, əməkhaqqı fondunda 2,2 dəfə artım baş verib.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
15:03 / 25.11.2022
Əməkhaqqı fondunda 19 faiz artım qeydə ALINDI
Hazırda oxunan: Əməkhaqqı fondunda 19 faiz artım qeydə ALINDI
Hazırda oxunan: Əməkhaqqı fondunda 19 faiz artım qeydə ALINDI
106272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.