“Ölkəmizdə müavinət və təqüdlərin artırılması istiqamətində ciddi islahatlar aparılıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Qeyd edim ki, 2019-cu ildən bəri 3 dəfə sosial islahatlar paketi həyata keçirilib. Görülən tədbirlər çərçivəsində 4 milyon insanı əhatə edən 6 milyard manat vəsait ayrılıb. Bu tədbirlərin nəticəsində minimum pensiyaların məbləği 2,2 dəfə, sosial müavinətlərin həcmi isə 3,5 dəfə artırılıb”, - deyə Sahil Babayev əlavə edib.
Nazir qeyd edib ki, sosial ödənişlərin məbləğini bu səviyyədə artıran dövlətlərin sayı çox azdır:
“Eyni zamanda növbəti illərdə də sosial sahəyə diqqətin artırılması qarşımıza qoyulan əsas prioritetlərdəndir”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:25 / 25.11.2022
“Təqaüdlərin məbləğini Azərbaycan qədər artıran çox az ölkə var” – NAZİR
Hazırda oxunan: “Təqaüdlərin məbləğini Azərbaycan qədər artıran çox az ölkə var” – NAZİR
Hazırda oxunan: “Təqaüdlərin məbləğini Azərbaycan qədər artıran çox az ölkə var” – NAZİR
106251
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.