Paşinyanın KTMT DÜŞMƏNÇİLİYİ – Rusiya “qulpsuz çemodan”ı Ermənistanı necə cəzalandıracaq?

Hazırda oxunan: Paşinyanın KTMT DÜŞMƏNÇİLİYİ – Rusiya “qulpsuz çemodan”ı Ermənistanı necə cəzalandıracaq?

106045

Xəbər verdiyimiz kimi, dünən Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının növbəti iclası baş tutub. Maraqlıdır ki, iclasdan daha çox Ermənistan Baş naziri Nikol Paşinyanın davranışı diqqət çəkib.

Belə ki, Paşinyan iclasın yekun bəyannaməsini imzalamaqdan imtina edib. Nikol bu addımın səbəbini isə belə izah edib:

““KTMT şurasının bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib. Ona görə də sənədi yarımçıq hesab edirəm. Mən bu sənədləri imzalamağa hazır deyiləm”.
 

MÖVZU İLƏ BAĞLI:

Lukaşenkodan Paşinyana: “Kiminsə qarşısını kəsmək bizim işimiz deyil” - VİDEO


Bəs, Paşinyanın bu qərarı Ermənistanı hansı təhlükə ilə üz-üzə qoyacaq?

Mövzunu Bizim.Media-ya şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Nikolun addımın gözlənilən olduğunu deyib:

“Ermənilərin siyasəti həmişə 3-cü dövlətin köməyinə hesablanıb. Yalnız bu yardımın sayəsində onlar öz siyasi ambisiyalarını ortaya qoyublar. Məsələn, 30 illik işğal dönəmində Ermənistanda yardımı Rusiya təmin edirdi. Təbii ki, Qərbin maliyyə köməyi ilə. İndi isə biz görürük ki, Rusiyanın Ermənistana kömək etməyə nə həvəsi, nə də imkanı var. Doğrusu, qəribə olardı ki, KTMT üzvü olan Qazaxıstanda bir ana öz oğlunu Ermənistanı və onun işğalını müdafiə etmək üçün göndərsin. Təbii ki, bu mümkün deyil.

Ümumiyyətlə, Ermənistanın mövqeyi məntiqə uyğun deyil. Hazırki vəziyyət Ermənistanın məntiqə zidd siyasətinin məntiqi nəticəsidir. İrəvan artıq öz seçimini edib. İndi onun ümidi Qərbdən olan yardıma yönəlib. Lakin bu məsələdə də olduqca ziddiyyətli məqam var. Ermənistan bir tərəfdən İranın hakim dairələrinə, digər tərəfdən Qərbə ümid bəsləyir”. 

Tofiq Zülfüqarovun sözlərinə görə, Rusiya Ermənistandan addım-addım uzaqlaşır:

“Rusiyanın Ermənistanla bağlı xarici siyasətinin dəyişməsi prosesi bir neçə il öncə start götürüb. Xatırlayırsınızsa, o vaxt deyirdilər ki, Ermənistan Rusiyanın forpostudur. Daha sonra qeyd edirdilər ki, Ermənistan “qulpsuz çemodan”dır.

Bu baxımdan Kremlin Ermənistandan uzaqlaşması anlaşılandır. Rusiya istəmir ki, məntiqsiz şəkildə xeyir verməyən hansısa ölkəni dəstəkləsin. Onu himayə edib, kreditlər ayırsın, silah göndərsin, yaxud müdafiə imkanlarını istifadə etsin.
Bu məntiqsiz olardı. Artıq 30 il ərzində bu baş verib. Ona görə də Rusiyanın Ermənistana dəstəyinin gec-tez sonu olmalı idi. Digər tərəfdən, Ermənistanın davranışlarının ümumi prosesə təsiri nisbidir. Çünki Ermənistan həlledici oyunçu deyil”.

Murad Əhmədov, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin