Bakıda atası tərəfindən bıçaqlanan 2 yaşlı körpənin vəziyyəti AĞIRDIR - RƏSMİ

Hazırda oxunan: Bakıda atası tərəfindən bıçaqlanan 2 yaşlı körpənin vəziyyəti AĞIRDIR - RƏSMİ

106031

Səbail rayonunda 2 yaşlı övladını və qaynanasını bıçaqlayan, daha sonra isə özünün boğaz nahiyyəsinə bıçaqla xəsarət yetirən şəxs və digərləri Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə məlumatı Bizim.Media-ya Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu verib. Onun sözlərinə görə ötən gecə saat 21:00 radələrində Mərkəzə yerləşdirilən 2020-ci il təvəllüdlü körpə hazırda Reanimasiya şöbəsindədir və vəziyyəti kafi qiymətləndirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Yevlax sakini qayınanası və 2 yaşlı oğlunu, sonda da ÖZÜNÜ BIÇAQLADI


1976-cı il təvəllüdlü qadının yaraları isə yüngül olduğu üçün (Sol əlinin kəsilmiş yaraları) ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisəni törətdikdən sonra özünün boğaz nahiyyəsinə xəsarət yetirdiyi bildirilən 1990-cı il təvəllüdlü şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Qeyd edək ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin