“Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar” – İlham Əliyev 

Hazırda oxunan: “Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar” – İlham Əliyev 

105932

“Ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə aid məsələlərə hər zaman ölkələrin maraqları əsasında baxılıb. Bu da təbiidir, çünki ölkələrimiz strateji tərəfdaşdırlar”.  

Bizim.Media xəbər verir ki, bunu noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə görüşü zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurası yaradılır - VİDEO


İlham Əliyev bildirib ki, Serbiya və Azərbaycan hər zaman beynəlxalq arenada bir-birini dəstəkləyiblər:

“Biz əməkdaşlığımızın yeni səviyyəyə qaldırılması üçün müvafiq sənədləri imzalamışıq. Eyni zamanda, əməkdaşlığımızın məzmunu da mehribançılığa əsaslanır.  

Bu gün biz bir çox məsələləri müzakirə edəcəyik. Fürsətdən istifadə edərək mən Sizi Azərbaycana səfərə dəvət etmək istəyirəm.

Azərbaycana rəsmi səfərinizdən sonra biz son bir neçə il ərzində beynəlxalq tədbirlər əsnasında dəfələrlə görüşmüşük və bir yerdə söhbət aparmaq imkanımız olub.

Bu dəvətə görə minnətdaram və gözəl ölkənizdə, bizə dost olan Serbiyada yenidən olmağıma, Sizinlə və nümayəndə heyətimizin digər üzvləri ilə strateji tərəfdaşlığımızın gələcək inkişafına töhfə verməyimə çox şadam. Bir daha sağ olun və Sizi Azərbaycanda səfərlə gözləyəcəyik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin