Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanda iqtisadi artımı 4,5%, orta illik inflyasiyanı isə 12,2% səviyyəsində proqnozlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə bankın “Transition Report 2022-23” hesabatında bildirilib.
AYİB 2023-cü il üçün Azərbaycanda ÜDM-in artımını 2,5% səviyyəsində proqnozlaşdırır.
“Enerji daşıyıcılarının yüksək qiymətləri və Azərbaycan qazına tələbat qısamüddətli perspektivdə yüksək olaraq qalacaq ki, bu da ümumi iqtisadi vəziyyəti dəstəkləyəcək.
Biz 2022-ci ildə ÜDM-in 4,5% artacağını, 2023-cü ildə 2,5%-dək azalacağını gözləyirik.
İqtisadiyyat üçün əsas risklər inflyasiya, enerji daşıyıcılarının ucuzlaşması və iqtisadiyyatda struktur çatışmazlıqları ilə bağlıdır. Lakin Azərbaycan yaxın illərdə qaz sənayesinə əlavə investisiyalardan faydalana bilər, çünki Avropa İttifaqı Rusiya qazından imtina edərək tədarükü şaxələndirməyə çalışır”, - deyə hesabatda qeyd olunur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:40 / 23.11.2022
Azərbaycanda iqtisadi artımla bağlı PROQNOZ AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanda iqtisadi artımla bağlı PROQNOZ AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanda iqtisadi artımla bağlı PROQNOZ AÇIQLANDI
105861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.