Partiya təsisçiləri ilə bağlı bu bənd yeni qanundan ÇIXARILIR

Hazırda oxunan: Partiya təsisçiləri ilə bağlı bu bənd yeni qanundan ÇIXARILIR

105834

“Seçkilərdə iştirak etməyən partiyaların ləğv olunması ilə bağlı müddəa layihədən çıxarılır, əvəzində layihəyə partiyaları seçkilərdə iştiraka həvəsləndirici maddə salınır”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, bundan sonra Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatını “0” kimi göstərən partiyalar maliyyə hesabatını, gəlirlərini dövlət büdcəsindən maliyyə yardımı almaq üçün düzgün təqdim etməkdə maraqlı olacaqlar:

“Layihədən partiya təsisçilərinin 20 il ölkədə daimi yaşamasına dair norma tamamilə çıxarılıb, üzv sayına dair tələb isə 10 mindən 5 minə endirilib. 200 təsisçi tələbi tamamilə ortadan qalxıb”.

Zahid Oruc qeyd edib ki, bundan sonrakı dövrdə artıq siyasi partiya kimi qeydiyyatdan keçmiş siyasi partiyaların yenidən təşkili üçün müddətlər 2 dəfə artırılır:

“Partiyaların 1 nəfərin ianəsindən asılı qalmaması üçün 10 min manat yuxarı hədd tələbi də aradan qaldırılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin