"Bu, hədələnən və təqib edilən bütün qadınlara mesajımdır: Susmayın! Mən də susmuram və mən heç zaman susmayacam. Təbii ki, Hadisə (özünü deyir - red.) olmaq və məşhur olmaq asan deyil. Bizi bəyənsələr də, istəməsələr də məşhur adlar kimi diqqət mərkəzindəyik. Siz məni tanıyırsınız, adətən danışmıram. Hər zaman ədalətə inanıram. Amma bu dəfə deməyə sözüm var".
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin pop ulduzu Hadisə sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Sənətçi haqqında çıxan xəbərlərin yalan olduğu və bu şaiələri yayan bir qrup insanın onu davamlı təhdid etdiyini bildirib.
"Musiqidən xoşbəxt olan, işimi sevən, ailəmin qayğısına qalan insanam. Mən həyatı, həyatımı və sevdiklərimi çox sevirəm. Nə qədər istəsəniz, səhnədə olacağam, mahnılarımı oxumağa davam edəcəyəm. Karyeramda heç kimlə polemikada olmamışam. Mənə "Roberto Karlos ayaqlar" deyənlər oldu, kök deyənlər oldu, və daha nələr haqqımda deyildi, amma hər zaman susurdum. Heç vaxt polemikaya girmədim.
Əvvəla, qadınam, insanam. İl yarımdır ki, bir qrup tərəfindən təqib və təhdidlərə məruz qalmışam. Bu insanların dediyinə görə, mən neçə dəfə hamilə olmuşam, neçə dəfə abort etmişəm?. Bu qrup ötən günlərdə oftalmoloqdan çıxarkən yenə abort etdirdiyimi söylədilər. Bu adamlara görə məşuqə oldum, bu adamlara görə ağlınıza gələnlərin çoxuna məruz qaldım. İl yarımdır ki, bu adamlar tərəfindən şantaj olunuram. İnsan deyirəm, amma bu insanlığa yaraşan bir şey deyil. Onların materialı deyiləm, insanam. Bu adamlar sözün əsl mənasında şəxsi həyatıma qəsd edirlər. Şantaj, hədə... Sırf Hadisə olduğum üçün bunu asanlıqla edə biləcəklərini düşünürlər?", - deyə müğənni fikirlərini ifadə edib.
Pop ulduz yaşadığ təhdid dolu hadisələrlə bağlı Türkiyənin Ədliyyə nazirinə və orqanına yazdığı post vasitəsi ilə müraciət də ünvanlayıb:
"İndi bütün qadınlara, ədliyyə nazirimizə, ədliyyə sistemimizə səslənirəm. Bu, şantajdır, təhdiddir, şəxsi həyatıma rəsmi təcavüzdür! Heç bir qadın məşhuru və ya məşhur bu şəkildə təhdid, heç kəsi bu cür şantaj etmək olmaz.
Bu təcavüzün qarşısını almaq üçün mübarizə aparaca! Təkcə özüm üçün deyil, mənimlə eyni şeyləri yaşamış və yaşayacaq qadınlar və qadın həmkarlarım üçün mübarizə aparacam. Sən kimsən? Sən Allahsan? Mənim bu dünyada heç kimə verəcəyim hesabım yoxdur! Burada mən türk ədalətinə səslənirəm və ona güvənirəm. Beldən aşağı hər kəs haqqında danışmaq haqqı görən bu maqazin proqramların mütləq nəzarət altına alınması lazımdır. Sizin maqazin dediyiniz insanları təhdid etmək deyil. Hörmətlə, Hadisə"
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
22:24 / 22.11.2022
Hadisə Ədliyyə nazirinə müraciət ünvanladı – “Təhdid olunuram”
Hazırda oxunan: Hadisə Ədliyyə nazirinə müraciət ünvanladı – “Təhdid olunuram”
Hazırda oxunan: Hadisə Ədliyyə nazirinə müraciət ünvanladı – “Təhdid olunuram”
105772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.