AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi Azərbaycanla  əməkdaşlıq edəcək - FOTO

Hazırda oxunan: AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi Azərbaycanla  əməkdaşlıq edəcək - FOTO

105745

Bu gün Baş prokurorun müavini Elmar Camalov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsindən olan nümayəndə heyəti ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, qonaqları salamlayan Elmar Camalov Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Avropa Şurasının qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu qeyd edib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış institusional tədbirlər, prokurorluq orqanlarında modernləşmə prosesinin davam etdirilməsi, köklü islahatların aparılması və şəffaflığın təmin edilməsi barədə məlumat verilib. 

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən AŞPA-nın komitə üzvü Konstantinos Efstatiu Azərbaycan Respublikasının hüquq sistemində aparılan islahatları müsbət qiymətləndirildiyini vurğulayaraq, AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin ölkəmizin müvafiq qurumları ilə əlaqələrin inkişafında və qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bildirib. 
Tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir Petr Zix də iştirak edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin