Bakı metropoliteni Yaşıl xətt üzrə "Dərnəgül" stansiyasından "Koroğlu" stansiyasına qədər tikiləcək 3 yeni stansiyanın layihə-smeta sənədlərinin hazırlanmasını başa çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Trend.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.
O bildirib ki, xətt üzrə bütün sənədləşmə işləri hazırdır:
"Tikinti barədə tapşırıq verilən kimi dərhal işlərə başlanacaq. Hazırda tikintiyə başlamaq üçün lazım olan bütün şərait var. Metropolitenin tikintiyə başlamaq üçün kifayət qədər texniki və zehni potensialı mövcuddur", - Baş mühəndis deyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:05 / 22.11.2022
"Dərnəgül" və "Koroğlu" arasında 3 yeni metro stansiyası TİKİLƏCƏK
Hazırda oxunan: "Dərnəgül" və "Koroğlu" arasında 3 yeni metro stansiyası TİKİLƏCƏK
Hazırda oxunan: "Dərnəgül" və "Koroğlu" arasında 3 yeni metro stansiyası TİKİLƏCƏK
105712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.