“30 ildə nə iş görülüb? Nə vaxt ki, Ermənistanın artan təcavüzkarlığından sonra azərbaycanlı qardaşlarımız öz torpaqlarını azad etmək üçün əks-həmlə əməliyyatına başladı, 30 ildir susanlar sülhdən, atəşkəsdən və müzakirələrdən danışmağa başladılar”.
Bizim.Media xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar Ankaranın Polatlı rayonundakı hərbi təlim mərkəzində keçirilən “Atəş sərbəst-2020“ hərbi təlimlərində jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, məsələnin çox sadə yolu var: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir! Ermənistan muzdlu əsgərləri, terrorçuları bölgədən göndərəcək və məsələni bitirəcək. Bu qədər sadə. Biz də Azərbaycanın haqlı mübarizəsini sonuna qədər dəstəklədiyimizi ən yüksək səviyyədə söylədik, Türkiyə Cümhuriyyəti və türk milləti olaraq azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu ifadə etdik”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:21 / 22.10.2020
Hülusi Akar: “Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir!”
Hazırda oxunan: Hülusi Akar: “Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir!”
Hazırda oxunan: Hülusi Akar: “Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir!”
1057
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.