Azərbaycanın 17 taekvondoçusu Avropa birinciliyində iştirak edəcək - ADLAR

Hazırda oxunan: Azərbaycanın 17 taekvondoçusu Avropa birinciliyində iştirak edəcək - ADLAR

105651

Noyabrın 25-də Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürəcək.

Bizim.Media xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq.

Avropa birinciliyində baş məşqçi Rəşad Məmmədov və məşqçi Vurğun Cəfərov Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq), Fatimə Həsənova (51 kq), Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Abdulsübhan Dadaşlı (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (+65 kq) şans verəcək.

Bu gün Vallettaya yollanan komandamız noyabrın 30-da Bakıya qayıdacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin