“Yaxın Şərq ölkələri məsuliyyət daşıyır” - “Əl-Qaidə” Mundialla bağlı bəyanat verdi

Hazırda oxunan: “Yaxın Şərq ölkələri məsuliyyət daşıyır” - “Əl-Qaidə” Mundialla bağlı bəyanat verdi

105583

“Əl-Qaidə” terror təşkilatı hər kəsi təəccübləndirəcək bəyanatla çxış edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, terror təşkilatı bu dəfə dünya çempionatında iştirak edənləri daşqalaq etməyə çağırıb.

Təşkilat bunu mundialın müsəlmanların ədaət-ənənələrinə uyğun olmaması ilə əlaqələndirib. 

Bildirilib ki, “Əl-Qaidə” dünya çempionatını müsəlmanların dəyərlərini məhv etməyə yönəlmiş işğal adlandırıb:

“Ərəbistan yarımadası homoseksuallar, ateistlər və əxlaqsız insanlarla doludur. Kubok üçün gələnlərin davranışı bizim cəmiyyətlərə, müsəlmanlara yaddır. Müsəlmanlar daşqalaq etməklə öz vəzifələrini yerinə yetirə bilərlər”.

Təşkilat buna icazə verən Yaxın Şərq ölkələrinin də məsuliyyət daşıdığını bəyan edib.

Qeyd edək ki, dünya çempionatı Qətərdə keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin