Amerikalı tədqiqatçılar Xudafərin körpüsündə oldular

Hazırda oxunan: Amerikalı tədqiqatçılar Xudafərin körpüsündə oldular

105519

“Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer və Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsündə olublar.

Bizim.Media xəbər verir ki, qonaqlara körpünün salınma tarixi və İkinci Qarabağ müharibəsi zamanı bu ərazilərin erməni işğalından necə azad edildiyi barədə məlumat verilib.

B.Şaffer çoxdandır bu tarixi körpünü öz gözləri ilə görmək arzusunda olduğunu deyib.

Xatırladaq ki, Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid körpünün qalıqlarıdır.
Körpü daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Tədqiqatçılar onun XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Hazırda üç orta tağı salamat qalıb, sahil tağları isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin