Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib.
Bizim.Media Taekvondo Federasiyasına istinadən xəbər verir ki, tədbirin sonunda mundialın keçici bayrağı növbəti mundiala ev sahibliyi edəcək Azərbaycan nümayəndəsinə təqdim edilib.
Keçici bayrağı Meksika Taekvondo Federasiyasının rəsmisi Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərova təqdim edib.
Mərasimdə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev də iştirak edib.
2023-cü ilin 29 may - 4 iyun tarixlərində Bakıdakı təşkil olunacaq dünya çempionatı Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq.
Qeyd edək ki, Qvadalaxarada taekvondoçumuz Cavad Ağayev (68 kq) bürünc medal qazanıb. Yarışda ədalət təmsilçiləri sırasında isə beynəlxalq tərəcəli hakimimiz Aygül Abdullayeva da yer alıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:26 / 21.11.2022
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olundu - FOTO
Hazırda oxunan: Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olundu - FOTO
Hazırda oxunan: Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olundu - FOTO
105490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.