Bu il magistratura üzrə imtahan vermək istəyən bakalavrlara iki dəfə imtahan vermək şansı veriləcək.
Bunu Bizim.Media-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarov söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Bu qrupun abituriyentləri imtahandan azaddır – RƏSMİ
“Ancaq sanitar-epidemioloji vəziyyətdən asılı olaraq ikinci imtahan keçirilməyə də bilər.
Ümumiyyətlə bütün imtahanların keçirilməsi Operativ Qərargahla razılaşdırılır. Yalnız bundan sonra onlar ikinci magistratura imtahanı təşkil edə bilərlər.
İmtahanlar elan etdiyimiz ardıcıllıqla keçiriləcək. Yəni onların ardıcıllığı dəyişməyəcək. Hansısa bir dəyişiklik olsa, əvvəlcədən məlumat veriləcək”.
Gülşanə Mustafayeva, Bizim.Media