“Azərbaycan gəncliyi tarixin yenidən yazılmasını təmin etdi” - DEPUTAT 

Hazırda oxunan: “Azərbaycan gəncliyi tarixin yenidən yazılmasını təmin etdi” - DEPUTAT 

10542

“Gənclik böyük qüvvədir. Cənab Prezidentin aldığı qərarlarda və həyata keçirdiyi fəaliyyətlərdə daima gənclər diqqət mərkəzində tutulur, onların gələcəyi üçün mühit hazırlanır”.

Bunu “Gənclər günü” ilə bağlı Bizim.Media-ya açıqlamasında millət vəkili Şahin Seyidzadə bildirdi. 

 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisdə yeni qanun layihəsi hazırlanır – Deputatlardan açıqlama


Deputat əlavə etdi ki, “Gənclərimiz onlar üçün yaradılan imkanlardan istifadə etməklə, ölkəmizin dayanıqlı inkişafı üçün öz təşəbbüslərini irəli sürürlər. 

Xüsusilə Dağlıq Qarabağın azad edilməsi uğrunda başlayan hərbi əməliyyatlar, həmçinin koronavirusla mübarizə dövründə gənclərimiz böyük şücaət göstəriblər. Bu gün yetişən gənc nəsil çox mühüm işlər görür və vəzifələrdə çalışır. 

Gənclər dövlətin vahid siyasətinin icrasında və dövlətçiliyin qorunmasında öz sözünü deyirlər.

İstər ölkə daxilində, istərsə də xarici ölkələrdə bilik və bacarıqlarını, intellektlərini, həmçinin xüsusi istedadlarını göstərirlər”, - deyən Şahin Seyidzadə fikirlərini ulu öndər Heydər Əliyevin sözləri ilə bitirdi: 

"Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahı, ümididir".

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin