Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziriliyində bir sıra şəxslərin işdən çıxarıldığı bildirilir.
Məlumata görə aparat rəhbərinin müavini Zamin Nurməmmədov, nazir köməkçiləri Emin Məmmədov və Mələk Məmmədova vəzifələrindən kənarlaşdırılıb.
MÖVZU İLƏ BAĞLI:
Rəşad Nəbiyev nazir təyin edildi – SƏRƏNCAM
Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Naziliyinin mətbuat katibi Günel Gözəlova Bizim.Media-nın məlum sorğusunu susqunluqla qarşılayıb. O, bu şəxslərin işdən çıxması ilə bağlı xəbəri nə təkzib, nə də təsdiq edib.
Alçina Amilqızı, Bizim.Media