Gülşad Baxşıyeva: "Analar qızların evini yıxır" - VİDEO

Hazırda oxunan: Gülşad Baxşıyeva: "Analar qızların evini yıxır" - VİDEO

105362

"Əvvələr sevirəm sözünü demirdilər. Söyləyirdilər ki, o qızı istəyirəm. Ondan xoşum gəlir. Ana da kəlağayısını bağlayırdı başına, gedirdi elçi ki, oğlumun sənin qızından xoşum gəlir. Əməli ilə sübüt edirdi ki, bu kişinin qadına əbədi sevgisi var. Və bütün həyatı boyu da bu sevgini sübut edir".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva  qonaq olduğu "Açıq söhbət" verilişində deyib. 

Aktrisa indiki gənclər arasında olan sevgiyə inanmamadığını söyləyib.

"Əlacım olsa, bəzi şeylər var, onlara baxmaram. O qədər heyifslənirəm. Oğlanlara baxırıq, deyirsən ki, gələcəkdə kişi ola biləcək? Qıza baxırsan, deyirsən, sabah necə arvad olacaq? Arvad sözü gözəldir.
İndikilər deyir mənə arvad demə, həyatım de. Həyatım deyə bilməzsən kiməsə. 14 yaşında qızın evdən qaçıb, Bakıya gəlməyini efirə çıxartmaq olmaz. Başqası da baxır, deyir, belə də etmək lazımdır. Hər şey abırsızlaşıb. harada pis var, onu götürürük".

Sənətkar indiki gəlinlərin daha tələbkar olmasından söz açıb. G.Baxşıyeva qaynanaların oğullarının xoşbəxt olması naminə yaşadığı evi satıb, onlara mənzil almasını qınayıb.

"Həyat yoldaşım mənə limonad, sosiska alırdısa, sevinirdim. İndikilər brilliant, maşın, ev alırlar, amma o sevgi deyil. Boşanmaların səbəbi haqda o qədər danışmaq olar ki... Evlənirlər, üstündən iki-üç aydan sonra "Sən məni təmin eləmirsən" deyirlər.

Bu dəqiqə mənən boşluqdur. Həm oğlanlarda, həm də qızlarda. Özbaşına hərəkət etmək olmaz. Adam abır-həya ilə yaşamalıdır. Baxırsan ki, hər şəraiti var. Qayınana gəlin alır övladına. Qaynana evini satır.
O, öz oğluna görə bunu edir. Amma o vaxtın qayınanaları daha zalım idi. O zamanlar qaynanalar deyirdilər, gəlinin nə ixtiyarı var məndən sonra oyansın. Çünki ana olandan sonra yuxusu ərşə çəkiləcək, yata bilməyəcək. İndikilər deyir, qoy yatsın.

Gəlinlərin tələbi həddindən artıq çoxalıb. Fəhləyə ərə gedir, deyir, məni təmin etməlidir. Axı sən milyonçuya yox, maaşa baxan kişiyə ərə getmisən.

Ona görə də ayağını yorğanına görə uzatmalısan. Ana da atılır meydana, hər şey edəcəm, qızım bəxtəvər olsun. Bəs ana istəyir, oğlu bədbəxt olsun? Bununla da ana qızının evini yıxır".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin