İranda güc strukturları tərəfindən 378 nəfər ÖLDÜRÜLÜB - 47-si uşaqdır 

Hazırda oxunan: İranda güc strukturları tərəfindən 378 nəfər ÖLDÜRÜLÜB - 47-si uşaqdır 

105281

İranda son aylar baş qaldıran etirazların qarşısının alınması zamanı İranın güc strukturlarının əməkdaşları tərəfindən azı 378 nəfər, o cümlədən 47 uşaq öldürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə İranın İnsan Haqları təşkilatının direktoru Mahmud Əmiri-Müqəddam “Agence France-Presse” (AFP) agentliyinə bildirib.

“16 sentyabrdan bu günə kimi 47-si uşaq olmaqla azı 378 etirazçı repressiv qüvvələr tərəfindən öldürülüb”, - deyə o bildirib.

Məlumata görə,  son günlər ölənlərin sayı 36 nəfər artıb.

Bildirilib ki, İranın Pakistanla cənub-şərq sərhədində yerləşən Sistan-Bəlucistan əyalətində azı 123 nəfər, Kürdüstan və Tehran əyalətlərində 40, Qərbi Azərbaycan vilayətində isə 39 nəfər həlak olub.
Mahmud Əmiri BMT-nin İnsan Haqları Şurasının gələn həftə keçiriləcək iclası ərəfəsində rejimin yalançı təbliğat kampaniyası aparması barədə də xəbərdarlıq edib: "Onların iki məqsədi var, öldürülən nümayişçiləri İŞİD kimi terror qruplarına aid etmək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin