Bakıda başında və bədənində zorakılıq izləri olan azyaşlı qızın tapıldığını xəbər vermişdik.
11 yaşlı qız dünən Suraxanı rayonu 31-ci bölmənin yerləşdiyi ərazidə baxımsız vəziyyətdə aşkarlanıb. 2012-ci il təvəllüdlü Məsumə Məmmədovanın bədənində köhnə sıyrıntılar, ağır və yeni zədələr, fiziki zorakılıq izləri müəyyən olunub. Başında isə açıq yara izləri müşahidə olunub.
Ehtimal olunur ki, anası vəfat edən azyaşlı doğmaları tərəfindən işgəncə və fiziki zorakılığa məruz qalıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi araşdırma aparıb. DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev saytımıza açıqlamasında bildirib ki, polis əməkdaşları tərəfindən azyaşlının atası müəyyən olunaraq övladı barədə məlumatlandırılıb:
MÖVZU İLƏ BAĞLI:
Bakıda doğmalarından işgəncə görən 11 yaşlı qız TAPILDI – FOTO
“Ata müvafiq tədbirlərin icrası məqsədilə Suraxanı Rayon Polis İdarəsinə dəvət olunub.
Hazırda azyaşlı ilə bağlı araşdırmalar davam etdirilir”. Azyaşlı hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağındadır.
Qeyd edək ki, küçədə yaşadığı ehtimal olunan 11 yaşlı Məsumə Məmmədova təhsildən də yayınıb.
Alçina Amilqızı, Bizim.Media