Siyasətçilərimiz Dünya Çempionatında kimə azarkeşlik edəcəklər? - ADLAR

Hazırda oxunan: Siyasətçilərimiz Dünya Çempionatında kimə azarkeşlik edəcəklər? - ADLAR

105222

Sabah Qətərdə futbol bayramı başlayır. Noyabrın 20-dən dekabrın 18-dək dünyanın ən güclü 32 komandası dünya çempionluğu uğrunda mübarizə aparacaq. Ölkəmizdə də futbol ən populyar idman növüdür. Ona görə də növbəti dünya çempionatını ölkəmizdə kifayət qədər insan izləyəcək.

Bəs, siyasətçilər necə, bu çempionatı izləyəcəklərmi? Ümumiyətlə, onlar hansı komandalara azarkeşlik edirlər və hansı komandanı çempionluğa daha şanslı bilirlər?

Bizim.Media bir neçə siyasətçinin fikrini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

DÇ-nin açılış matçının hakimləri bəlli oldu


İlk həmsöhbətimiz Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov oldu:

“Çempionatı davamlı izləməyəcəm. Azərbaycan komandası oynasaydı məmnuniyyətlə izləyərdim. Ölkəmiz olmadığı üçün konkret komandanı izləmirəm. Boş vaxtım olsa hansısa matçları izləyəcəm. Amma davamlı olaraq izləməyəcəm. Fovaritim də yoxdur.Ona görə də hansısa komandanın çempion olacağını söyləməkdə çətinlik çəkirəm”. 

Musavat Partiyasının sədri Arif Hacılı futbola çox maraqlı olduğunu söylədi:

“Qətərdə keçiriləcək Dünya çempionatını yaxından izləyəcəm. İmkan düşdükcə matçları qaçırmayacam. Çox təəssüf ki, çempionatda mənim ən çox sevdiyim Azərbaycan, Türkiyə və Ukrayna komandaları yoxdur. Ona görə də hansısa komandanı yox, gözəl oyunlara azarkeşlik edəcəm. Çempionluğa gəlincə Argentinanın çempion olmasını istəyirəm. Bu da Leonar Messiyə olan heyranlığımdan irəli gəlir. İstəyirəm ki, Messi tarixdə həm də dünya çempionu kimi qalsın”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynsə əvvəlki kimi futbola həvəsinin olmadığını bildirdi:

“Ona görə də bu dünya çempionatını davamlı olaraq izləməyəcəm. Təbii ki, imkanım olduqca yaxşı oyunlara baxmağa çalışacam. Əvvəllər İspaniya yığmasına azarkeşlik edirdim. Amma indi onları da davamlı izləmirəm. Fovaritim yoxdur. Qoy güclülər qalib gəlsin”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı dünya çempionatının final oyunlarını futbol bayramı hesab etdiyini bildirdi:

“Mən futbolu çox sevirəm. Və bu çempionatı da imkan düşdükcə yaxından izləyəcəm. Amma yarımfinal və final oyunlarını sözsüz ki, qaçırmayacam. 

Fovaritim yoxdur. Xüsusi azarkeşlik edəcəyim koman da da yoxdur. Təəssüf ki, Türkiyə komandası final mərhələsinə çıxa bilmədi. Amma hər halda çempionatın maraqlı keçəcəyini düşünürəm”.

Azərbaycan Ağ Partiyasının sədri Tural Abbaslı oyunların hamısını izləmək kimi bir lüksünün olmadığını söylədi:

“Axşam saatlarında boş vaxt tapdıqca hansısa oyunu izləyəcəm. Çox istəyərdik ki, Azərbaycan bu çempionatda iştrak etsin. Ona azarkeşlik edək. Azərbaycan olmayanda təbii ki, Türkiyənin orda olmasını istəyirik. Çox təəssüf ki, qardaş ölkə də bu çempionatın finalında yoxdur. Ona görə də davamı azarkeşlik edəcəyim bir komanda toxdur. Ümumilikdə isə Braziliya və yaxud Almaniya komandasının çempion olmasını istəyərdim”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin