Xəbər verildiyi kimi, bu gün Moskva şəhərində İsveçin Xarici İşlər Naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Bizim.Media xəbər verir ki, söhbət zamanı maraqlı nüans yaranıb.
MÖVZU İLƏ BAĞLI:
Lavrov MDB-nin Rusiyadakı səfirləri ilə görüşəcək
Belə ki, xanım nazir hazırda həbsdə olan Aleksey Navalnının bir vaxtlar üzərinə qəhvə tökdüyünə dair hadisə danışıb.
Lavrov isə ona "Sən təhlükəli qadınsan" deyib.
Xatırladaq ki, bu haqda informasiyanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün Facebook səhifəsində paylaşıb.
Bizim.Media