Son günlərdə əhali arasında başağrı, öskürək, yüksək hərarət, burunaxma, ishal ilə müşayiət olunan xəstəlik yayılıb.
Çox adam bunu COVID-19-dan da ağır keçirdiyini deyir. Bəs, görəsən, bu, COVID-19-un hansısa yeni ştammıdır, yoxsa başqa virusdur?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Bizim.Media-nın açıqlamasında bildirib ki, mövsümi kəskin respirator virus infeksiyaları arasında ağır və fəsadlaşmış gediş əsasən qrip virusuna xasdır:
MÖVZU İLƏ BAĞLI:
"Qripdən ölüm halları da var" - SƏHİYYƏ NAZİRLİYİ
“Hazırda hərarət, boğaz ağrısı, burun tutulması və ya axması, öskürək və s. bu kimi əlamətlər müşahidə edilən xəstələrdən götürülmüş yaxmalarda qrip virusu hələ ki aşkarlanmayıb. Ara sıra koronavirus pozitivliyinə rast gəlinir ki, bu hallar rəsmi statistikada öz əksini tapır”.
Mütəxəssis-ekspert qeyd edib ki, əksər ölkələrdə olduğu kimi hazırda Azərbaycanda dövriyyədə koronavirusun omikron ştamının olduğu təsdiqlənib. Beləliklə, qeyd olunan əlamətlər ilə xəstələnmə halları məhz müxtəlif fəsli respirator virus infeksiyaları tərəfindən törədilir.
Aləmdə Nəsib, Bizim.Media