Şəmkirdə FACİƏ - Elektrik cərəyanı vuran 36 yaşlı kişi həyatını itirdi

Hazırda oxunan: Şəmkirdə FACİƏ - Elektrik cərəyanı vuran 36 yaşlı kişi həyatını itirdi

105074

“Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Elməddin Əhmədov elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə yerinə dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri gələrək müvafiq araşdırmalar aparıb" . 

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov verib. 

O bildirib ki, ilkin versiyaya görə, E.Rəhimov artezian quyusuna elektrik naqili çəkərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin