BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda yeni yaranmaqda olan kooperativlərə dəstək məqsədi ilə regionlara missiya səfəri təşkil edib. Təşkilatın əməkdaşı Flora Poladovanın başçılıq etdiyi missiyanın tərkibində Kənd Təsərrüfatı Nazirliyi, AKİA və Azərbaycan Kənd Qadınları Assosiasiyası nümayəndələri də iştirak edir.
Bizim.Media-nın yerli bürosuna Azərbaycan Kənd Qadınları Assosiasiyasından verilən məlumata əsasən, nümayəndələr Balakən, Zaqatala, Qax, Ağdam, Goranboy və Tovuz rayonlarında kooperativ yaradaraq öz fəaliyyətini genişləndirmək, xarici resurslara və bazara çıxışını asanlaşdırmaq və onu dayanıqlı etmək istəyən Qadın İnkişaf və Müəssisiə Qrupları və digər təşəbbüs qrupları ilə görüşlər keçirir.
İlk belə görüş Zaqatalada fəaliyyət göstərən qadın qrupları ilə keçirilib və müzakirələr diskussiya şəraitində davam edib.
Görüşlərdə kollektiv bizneslərin kooperativ kimi fəaliyyət göstərməsinin üstünlükləri, təşkilatlanma, kooperativlərin dövlət qeydiyyatına alınması, onların idarə olunması, genişləndirilməsi və s. mövzularda iştirakçılar tərəfindən verilən çoxsaylı suallar Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Kooperativlər və Assosiasiyalar şöbəsinin baş məsləhətçisi Elçin Əliyev tərəfindən ətraflı cavablandırılıb. Missiyanın görüşləri davam edir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:01 / 18.11.2022
FAO-dan kənd qadınlarına dəstək - FOTO
Hazırda oxunan: FAO-dan kənd qadınlarına dəstək - FOTO
Hazırda oxunan: FAO-dan kənd qadınlarına dəstək - FOTO
105043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.