“Böyük bacım İlhamənin oğlunun toyunu özüm etdim. Onu və bacısını öz övladlarımdan ayırmıram. Bilirsiniz ki, mənim vəfat edən bacım Günelin də bir qızı var. O da mənim balamdır. Hər zaman deyirəm ki, mənim 5 uşağım var. Öz oğlumun 18, qızımın isə yanvarda 10 yaşı olacaq. Qızım dərslərini yaxşı oxuyur. Oğlum isə ərköyündür”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Sənətçi bildirib ki, ailənin yükü onun çiynindədir:
“Atam İbrahim 67 yaşında bu il dünyasını dəyişdi. Qardaşım da yoxdur, deyim ki, ailəmizi o saxlayır. Anamın 70-ə yaxın yaşı var. Ailəmizi mən saxlayıram. Elə bir uşaq olmuşam ki, valideynlərimdən heç zaman heç nə istəməmişəm. 12 yaşımda efirlərə çıxdığım zamanlarda artıq toylara dəvətlər alırdım. Atam dəfələrlə mənə deyirdi ki, imkanımız var, özünə “aparatura” (musiqi avadanlıqlar – red.) al. Universitetə daxil ol, ali təhsil al. Ona deyirdim ki, özüm qazanacağam, hər şeyi edəcəyəm”.
Zaurun “İndi ailən bütöv olsaydı, daha yüksəklərdə olardın, yoxsa elə bu cür Aynur olaraq da qalacaqdın?” sualına Dadaşovanın cavabı belə olub:
“Bütöv ailəm olsaydı, bundan da yaxşı həyatım olardı. Buna əminəm və inanaraq da deyirəm. Mənə çox kömək olardı”.
Qeyd edək ki, A.Dadaşova müsahibələrində həyat yoldaşının ona xəyanət etdiyini bildirərək, boşandığını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:54 / 18.11.2022
Aynur Dadaşova: “Bütöv ailəm olsaydı, bundan da yaxşı həyatım olardı” – VİDEO
Hazırda oxunan: Aynur Dadaşova: “Bütöv ailəm olsaydı, bundan da yaxşı həyatım olardı” – VİDEO
Hazırda oxunan: Aynur Dadaşova: “Bütöv ailəm olsaydı, bundan da yaxşı həyatım olardı” – VİDEO
105040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.