Nüsretin Dubaydakı restoranında 284 minlik YEYİB-İÇMƏK – FOTO

Hazırda oxunan: Nüsretin Dubaydakı restoranında 284 minlik YEYİB-İÇMƏK – FOTO

105030

Dünyaca məşhur aşpaz Nüsret Gökçenin dəbdəbəli restoranında rekord məbləğdə yemək yeyilib. 

Bizim.Media xəbər verir ki, 39 yaşlı milyonçu aşpaz səkkiz il əvvəl Dubayda açdığı lüks “NusrEt” restoranında şam yeməyinə xərclənən rekord məbləğdə hesabın fotosunu sosial şəbəkə hesabında paylaşıb. 

Bahalı təamlarla yanaşı, içkilər də içilən şam yeməyinə nə az, nə çox, düz 615065 dirhəm (təxminən 284,652 manat) pul xərclənilib. Hesabın şəklini izləyiciləri ilə bölüşən N.Gökçe “Keyfiyyət heç vaxt baha deyil” şərhini yazıb. 

Qeyd edək ki, Nüsret Gökçenin bir çox ölkələrdə “NusrEt” adlı restoran şəbəkəsi var. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin