Yeni ilə sayılı günlər qaldığından Türkiyənin məşhur ulduzlarının konsert verəcəyi otellər və məkanlar bəlli olub. Yeni ildə səhnə qiymətlərini astronomik rəqəmlərə yüksəldən sənətçilər alacaqları qonorar qarşısında heyrətləndirməyi bacarıblar. Musiqiçilər ötən illə müqayisədə səhnə haqqını 2-3 dəfə artırıblar.
Bizim.Media xəbər verir ki, ötən il səhnəyə çıxmaq üçün 600-900 min lirə (təxminən 54900-82350 manat) alan adlar, 2023-cü ildə daha çoxuna ümid edirlər.
Musiqiçilər arasında ən yüksək qiyməti alan meqastar Tarkandır.
O, Kiprdəki bir oteldən 18 milyon lirə (təxminən 1 milyon 646 min manat), Hadisə və Özcan Dəniz isə 3 milyon lirə (təxminən 274500 manat). Ajda Pekkan isə 1,5 milyon lirə (təxminən 137250 manat), Seda Sayan 850 min lirə (təxminən 77775 manat).
Türk sənət musiqisinin divası Bülent Ersoy isə Azərbaycanda çıxışı üçün 1,8 milyon lirə (təxminən 164700 manat) qonorar tələb edib. Belarusda çıxışı üçün isə Türkiyənin "imperatoru"
İbrahim Tatlıses 1,8 milyon lirə (təxminən 164700 manat) qonorar alacaq.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:09 / 17.11.2022
Türk ulduzları yeni ildə milyonlar qazanacaq – FOTO
Hazırda oxunan: Türk ulduzları yeni ildə milyonlar qazanacaq – FOTO
Hazırda oxunan: Türk ulduzları yeni ildə milyonlar qazanacaq – FOTO
104997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.