Səməd Seyidov: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olan qüvvələr var”

Hazırda oxunan: Səməd Seyidov: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olan qüvvələr var”

104962

“Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qurmağın tərəfdarıdır. Eyni zamanda, Ermənistan xalqı da Azərbaycanla sülh istəyir, lakin buna mane olan qüvvələr var”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Aİ-nın Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib. 

Bu görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Səməd Seyidov bildirib ki, Azərbaycan qonşu dövlətlərlə yaxşı əlaqələrin qurulması üçün öz səylərini əsirgəmir. 

Çıxışı zamanı Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən söz açan Səməd Seyidov bildirib ki, sülh prosesində vasitəçi olan bir ölkə kimi Fransanın bu mövqeyi qəbul edilməzdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin