RBK agentliyi Vardanyanın müsahibəsini dərc etmədi - “RİA Novosti”nin TALEYİNİ YAŞAMAQ İSTƏMİR

Hazırda oxunan: RBK agentliyi Vardanyanın müsahibəsini dərc etmədi - “RİA Novosti”nin TALEYİNİ YAŞAMAQ İSTƏMİR

104936

Xankəndində özünü “dövlət naziri” elan edən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Rusiya media məkanında piarını davam etdirir. Onun qondarma “hökumət”ə başçı təyin olunması xəbəri Rusiya mətbuatında geniş şəkildə yayılıb.

Üstəlik, Vardanyan haqqında indi də xəbərlər dərc edilir, həm də vaxtaşırı onun müsahibələri tirajlanır.

Bizim.Media xəbər verir ki, bu dəfə Rusiyanın RBK nəşri öz jurnalistini Vardanyanın yanına göndərib. Lakin sonradan agentlik sosial şəbəkələrdə azərbaycanlıların Vardanyandan müsahibə götürdüyü jurnalist İlya Doronova “təhdidlər” olduğunu əsas gətirərək bu müsahibəni yayımlamaqdan imtina edib.

Bundan əvvəl Doronov RBK telekanalı üçün erməni siyasətçi ilə müsahibəni açıqlamışdı. Lakin sonradan onun Telegram kanalında məlumat yayılıb və bildirilib ki, Ruben Vardanyanla müsahibə dərc edilməyəcək.

“İlya Ermənistana xüsusi olaraq bu müsahibə üçün gedib, söhbət onun tərəfindən lentə alınıb, lakin RBK onu dərc etməkdən imtina edib. İmtina səbəbi sosial şəbəkələrdə azərbaycanlı istifadəçilər tərəfindən müsahibə elan edildikdən sonra İlya və onun ailə üzvlərinə fiziki zorakılıq tətbiq olunacağı ilə bağlı hədə-qorxu gəlmələridir”, məlumatda deyilir.
Qeyd edək ki, bir neçə ay əvvəl Rusiyanın “RİA Novosti” agentliyi Xankəndindəki qondarma rejimin o vaxtkı “dövlət naziri” Artak Beqleryanın müsahibəsini dərc etmişdi.

Müsahibə tez bir zamanda bir çox Rusiya mediasında yayıldı. Rəsmi Bakı Rusiyanın rəsmi KİV-lərinin Xankəndindəki separatçıların təbliğatına etiraz edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq-aşkar hörmətsizlik nümayiş etdirərək “RİA Novosti”yə ölkə ərazisində girişi bağlayıb. Bloklama hələ də qüvvədədir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin