2022-ci ilin dövlət büdcəsinin xərclərində dəyişiklik edildi - FƏRMAN

Hazırda oxunan: 2022-ci ilin dövlət büdcəsinin xərclərində dəyişiklik edildi - FƏRMAN

104930

2022-ci ilin dövlət büdcəsindən “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsə ayrılan vəsaitin həcmi azaldılıb.

Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapıb.

Fərmana əsasən, 2022-ci ilin dövlət büdcəsindən “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsə ayrılan vəsaitin həcmi 163 milyon manatdan 120 milyon manata endirilib.

Eyni zamanda “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması üçün 43 milyon manat ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin