Türkiyə şirkətləri Zəngilana 120 milyon dollar yatırım edəcək

Hazırda oxunan: Türkiyə şirkətləri Zəngilana 120 milyon dollar yatırım edəcək

104911

Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumuna qatılan 12-yə yaxın Türkiyə şirkəti Qarabağın bərpasında yer almaq, yatırım etmək istəyir.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında İslam Gənclər Forumunun prezidenti Taha Ayhan deyib.

T.Ayhan qeyd edib ki, hazırda Qarabağda hava limanı, yol tikintisi, infrastruktur layihələrində, o cümlədən Türkiyə ilə Azərbaycanın ortaq layihəsi olan Zəngilanda yerləşən "Dostluq aqroparkı"nda 16-ya yaxın Türkiyə şirkəti iştirak edir.

"Yeni yaradılan "Dostluq Aqroparkı"na 120 milyon dollar yatırımın olacağı gözlənilir" - T.Ayhan əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin