Ukrayna prezidenti Volodimir Zelenski Dneprdəki partlayışa sərt münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ukrayna mətbuatında yer alıb.
Onun sözlərinə görə, Dneprdən alınan son informasiya terrorçuların necə sülh istədiklərini daha bir təsdiq edir.
“Səhər tezdən şəhər sakinləri işə gedirlər. Birdən raket zərbəsi endirilir. Terror dövləti həqiqətən ukraynalılara mümkün qədər çox ağrı və iztirab gətirmək istəyir”, deyə o, əlavə edib.
Bizim.Media