Təbriz zindanında Azərbaycan bayrağı üstündə dava düşdü: Milli fəal yaralandı - FOTO

Hazırda oxunan: Təbriz zindanında Azərbaycan bayrağı üstündə dava düşdü: Milli fəal yaralandı - FOTO

104899

Təbriz həbsxanasında saxlanılan tanınmış idmançı və milli fəal Kərim İsmayılzadəyə hücum olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Azad İran” Telegram kanalında verilib.

Mənbə yazır ki, milli fəala basqı etmək üçün onu ağır cinayətlər törətmiş məhkumlarla bir kameraya köçürüblər.

Noyabrın 16-da zindanda üç məhbus Azərbaycan bayrağını təhqir edib və Kərim İsmayılzadəyə hücum ediblər. Məcburi davaya cəlb olunan milli fəalın hücum edənlərdən ikisinə müqavimət göstərdiyi, üçüncü hücumçunun isə qaçdığı bildirilir.

Bundan sonra xüsusi təyinatlı dəstə bölməyə girib, yaralanan Kərim İsmayılzadə zindanın tibb məntəqəsinə aparıldıqdan sonra xüsusi bölməyə köçürülüb.

Qeyd edək ki, milli fəala qarşı irəli sürülən ittihamlardan biri də şəxsi avtomobilindən Azərbaycan bayrağını asmaqdır. 

Hadisənin zindan rəhbərliyi və hökumət qüvvələri tərəfindən məqsədli şəkildə cinayətkar şəxslərin əli ilə törədildiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin