İsrailin dəstəyi ilə Kibertəhlükəsizlik Mərkəzi işə başlayacaq - RƏSMİ

Hazırda oxunan: İsrailin dəstəyi ilə Kibertəhlükəsizlik Mərkəzi işə başlayacaq - RƏSMİ

104884

“İsrailin dəstəyi ilə Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Burada informasiya texnologiyaları sahəsində mütəxəssis və təlimçilər yetişdiriləcək”.

Bizim.Media xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Kibertəhlükəsizlik sahəsində yeni tədqiqat mərkəzi YARADILIR – FOTO 


“Mərkəz İsrailin “Technion” Universiteti ilə bağlanmış müqavilə əsasında yaradılır. Virtual məkanla bağlı bizim həyata keçirdiyimiz önəmli layihələrdən biri kibertəhlükəsizliklə bağlıdır. Burada söhbət həm ölkənin, həm də özəl kiçik və orta sahibkarlıq subyektlərinin kibertəhlükəsizliyindən gedir. Yaxın 3 il ərzində Azərbaycan bazarına yüksək ixtisaslı mütəxəssislər və təlimçilər buraxacaq mərkəzin yaradılması ilə bağlı qərar var və yaxın zamanlarda bu mərkəz işi başlayacaq”, - deyə o qeyd edib.

“Azərbaycan Prezidenti gənclərin gələcəyinə inanır və bu gənclik gələcəkdə öz potensialını realizə edə bilməsi üçün əlindən gələni edəcək”, - nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin