Mədəniyyət Nazirliyinin müsabiqə qaliblərinə mükafatlar niyə verilməyib?

Hazırda oxunan: Mədəniyyət Nazirliyinin müsabiqə qaliblərinə mükafatlar niyə verilməyib?

104876

Mədəniyyət Nazirliyi mükafat fondu 300 min manat olan “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin qaliblərinə mükafatların verilməməsi ilə bağlı iddialara münasibət bildirib.

Bizim.Media-nın məlumatına görə, nazirlikdən apa.az-a bildirilib ki, mükafatlar yaxın zamanda sahiblərinə təqdim olunacaq.

“Ölkədə kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə və qurumlara dəstək olmaq, onların fəaliyyətini stimullaşdırmaq, bununla da milli kino sənayesinin inkişafına təkan vermək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş "Tammetrajlı bədii film layihələrinə dəstək - 2022" müsabiqəsinin münsiflər heyəti tərəfindən seçilmiş qalib layihələrinin mükafatlandırılması istiqamətində görülən müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub”, - məlumatda deyilir.

Qeyd edək ki, müsabiqənin qalibləri aşağıdakılardır:

1. “Ata və oğullar” – “Buta Film” MMC; 

2. “Əlvida, noyabr” – “Ultra Production”; 

3. “Qıfıl” – “Nova Gorica” Kino Mərkəzi MMC; 

4. “Mavi sviterli adam” – “Mandarin Agency” Co; 

5. “Müqəddəs inək” – “Narimanfilm” MMC; 

6. “Ölü Həsən” – “Ultra Production”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin