Tehran İnqilab Məhkəməsi noyabrın 16-da İranda aksiyalarda iştirak edən 3 şəxsə ölüm hökmü çıxarıb.
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, həmin şəxslərdən biri İranda ictimai asayişi və qeyri-sabitliyi pozmaqda, o cümlədən insanlara və dövlət əmlakına ziyan vurduğu üçün "hakimiyyətə qarşı üsyan"da ittiham olunub.
Digəri Pakdəşt şəhərində polis postunun yandırılması və dövlət əmlakının dağıdılmasında təqsirli bilindiyi üçün "yer üzündə fəsad yaymaq"da, üçüncü şəxs isə dövlət əmlakına ziyan vurduğu, iğtişaşlarda aparıcı rol oynadığı və bir məmurun yaralanmasına səbəb olduğu üçün "hakimiyyət əleyhinə müharibə" etməkdə ittiham olunub.
Qeyd edək ki, daha öncə İran parlamentinin 227 üzvü parlamentin açıq iclasında ölüm cəzasına məhkum edilən etirazçıların dərhal edam edilməsini tələb edib.
Bu tələbdən sonra İslam Respublikası Ədliyyə Sisteminin başçısı Qulamhüseyn Mohseni Ejeyi də bunun ən qısa vaxtda həyata keçiriləcəyini deyib.
Bizim.Media
- A-
- A
- A+
Region
12:47 / 17.11.2022
İranda daha 3 aksiya iştirakçısı barədə ölüm hökmü verildi
Hazırda oxunan: İranda daha 3 aksiya iştirakçısı barədə ölüm hökmü verildi
Hazırda oxunan: İranda daha 3 aksiya iştirakçısı barədə ölüm hökmü verildi
104875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.