Aparıcı Nanə Ağamalıyeva fərqli görkəmdə obyektiv qarşısına keçib.
Bizim.Media xəbər verir ki, buna səbəb isə televiziya ulduzunun “Nanəli” verilişinin yenidən bərpa etmək qərarıdır.
Proqramının tanıtım çarxı üçün obyektiv qarşısına keçən Nanənin yeni obrazı üzərində Elnur Həsənov çalışıb.
“Bilirəm ki, tamaşaçılar həmin verilişi çox sevir. Yeni imicimlə və studiyamla tamaşaçıların qarşısında olacağam”, - deyə N.Ağamalıyeva bildirib.
Rəşad Əliyev, Bizim.Media
