Ronaldodan ürəkdağlayan sözlər: “Uşaqlarım soruşurlar ki, qardaşımız haradadır?” - FOTO

Hazırda oxunan: Ronaldodan ürəkdağlayan sözlər: “Uşaqlarım soruşurlar ki, qardaşımız haradadır?” - FOTO

104846

Dünya futbolunun ulduzu 37 yaşlı Kriştiano Ronaldo kədərli paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, idmançı dünyasını dəyişən övladı ilə bağlı sosial şəbəkə hesabında qəmli post yayımlayıb.

“Bu, hər bir valideynin yaşaya biləcəyi ən böyük ağrıdır. Yalnız qızımızın dünyaya gəlməsi bizə bu anı ümid və xoşbəxtliklə yaşamaq üçün güc verir. Həkimlərə və tibb bacılarına kömək və dəstəyə görə təşəkkür edirik. Biz məyus olduq. Oğlumuz, sən bizim mələyimizsən. Biz səni sonsuza qədər sevəcəyik”, - deyə futbolçu yazıb.
Həmçinin Ronaldo digər övladlarının qardaşlarının harada olması ilə bağlı suallar verdiklərini bildirib. 

“Uşaqlar soruşurlar ki, o biri uşaq haradadır? Bir həftə sonra dedim: “Gəlin uşaqlarla səmimi və dürüst olaq. “Anxel” (övladlarına bu adı qoymaq istəyirdilər – red. ) cənnətə gedəcək”, -  deyə 37 yaşlı Kriştiano vurğulayıb. 

Kriştiano postda etiraf edir ki, uşaqları kiçik qardaşlarının vəfat etdiyini bilirlər. 

“Ata, bunu Mələk üçün etdim” deyirlər və səmaya işarə edirlər. O, onların həyatının bir hissəsidir. Mən övladlarıma yalan danışmayacağam, həqiqəti deyirəm, bu asan proses deyildi”, – deyə Ronaldo qeyd edib. 
Ronaldo bu dövrü 2005-ci ildə atasının ölümündən sonra həyatının "ən pis anı" adlandırıb və əlavə edib ki, özünü heç vaxt belə kədərli hiss etməmişdi. 

Qeyd edək ki, aprelin 18-də Kriştiano və Corcinanın əkiz övladları dünyaya gəlib. Onlar qızlarına Bella Esmeralda adı veriblər. Əkizlərdən oğlan uşağı isə dünyasını dəyişib.

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin