İstanbuldakı terror aktının daha bir iştirakçısı saxlanılıb

Hazırda oxunan: İstanbuldakı terror aktının daha bir iştirakçısı saxlanılıb

104802

İstanbuldakı terror aktını törətməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstiqlal küçəsində terror aktının törədilməsində iştirak edən Hüsam A. adlı terrorçu Suriyanın Azez bölgəsində saxlanılıb.

Onun terror aktını törədən Əhlam Əlbəşirlə əlaqəsinin olduğu aşkarlanıb.

İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyinin verdiyi məlumata görə, terrorçunun Suriyaya qaçdığını müəyyən edəndən sonra Suriyadakı Türkiyə polis qruplarına xəbər verilib. Nəticədə keçirilən uğurlu əməliyyatda o saxlanılıb.  
Qeyd edək ki, bu, törədilən terror akt ilə bağlı saxlanılan 51-ci şəxsdir. Xatırladaq ki, noyabrın 13-də İstanbulun Taksim meydanının İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin