“Beynəlxalq tolerantlıq günü” Balakəndə qeyd olunub - FOTO

Hazırda oxunan: “Beynəlxalq tolerantlıq günü” Balakəndə qeyd olunub - FOTO

104787

“Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkədir. Ölkəmizdə bütün dinlərə və digər millətlərə mənsub olan insanlara tarixən tolerant münasibət bəslənilib. 20-ə yaxın milli azlığın yaşadığı Balakən rayonu da həmişə tolerantlığı, xalqlar arasında mehribanlığı, qonaqpərvərliyi ilə Azərbaycanda tanınıb”.

Bizim.Media-nın yerli bürosu məlumat verir ki, bu fikirlər Balakən rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Balakən Gənclər Evinin birgə təşkilatçılığı ilə “Dünyada Azərbaycan tolerantlıq modeli” mövzusunda keçirilən tədbirdə səsləndirilib. 

Şəhid ailələri, qazilər və gənclərin iştirak etdiyi tədbirə həmçinin ərazidə yaşayan azsaylı xalqların nümayəndələri də qaılıb. 

Tədbirdə Azərbaycanda tolerntlıq dövlət siyasətinin əsas prioritetləri həmçinin gənclər arasında azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliğ edilməsi mövzularında müzakirələr aparılıb.
Çıxışlarda Azərbaycanda tolerantlıq, Vətən müharibəsində qazanılan qələbədə tolerantlığın rolu, multikultural dəyərlər haqqında ətraflı məlumat verilib, sonda gənclərə maraqlı olan suallar cavablandırılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu


Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin