Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün beynəlxalq təşkilatların təcrübəsindən istifadə ediləcək

Hazırda oxunan: Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün beynəlxalq təşkilatların təcrübəsindən istifadə ediləcək

104752

İşğaldan azad edilmiş ərazilərin ümumilikdə 280 min hektarı 2026-cı ilə qədər minalardan təmizlənəcək. 

Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa Böyük Qayıdış layihəsi hökumətə təqdim edildi - RƏSMİ 


Tədbirlər Planına əsasən, ANAMA Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi ilə birgə bu vəzifəni yerinə yetirməlidir.

Eyni zamanda, 2022‒2025-ci ildə 215 min ha ərazinin minalardan təmizlənməsi təmin olunmalıdır. 

Tədbirlər planına əsasən işğaldan azad edilmiş ərazilərin bərpası zamanı ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi prosesinin müddətinin proqnozlaşdırılan müddətdən çox davam etməsi Dövlət Proqramının əsas prioritetlərinin həyata keçirilməsi ilə bağlı çətinliklər yarada bilər.

Bu sahədə digər dövlətlərin, beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının minalardan və partlamamış hərbi sursatdan və digər partlayıcı qalıqlardan təmizlənməsi üzrə qabaqcıl təcrübəsindən istifadə olunması və mümkün əməkdaşlıq imkanları nəzərdən keçiriləcəkdir.   

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin