“İlkin nəticə odur ki, Polşaya atılan raket Ukrayna hərbi hava qüvvələri tərəfindən Rusiyanın qanadlı raketlərini zərərsizləşdirmək və özünü müdafiə etmək üçün atılıb”. 
Bizim.Media "cnbc.com"a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Polşaya endirilən raket zərbəsi ilə bağlı keçirilən fövqəladə iclasdan sonra mətbuat konfransında deyib. 
O bildirib ki, Polşa tərəfi davam edən təhqiqatla bağlı NATO müttəfiqlərini məlumatlandırır. 
NATO Baş katibi deyib ki, noyabrın 15-də axşam Rusiya Ukrayna ərazilərinə kütləvi raket zərbələri endirib:
“Araşdırma davam edir və biz nəticəni gözləməliyik. Bunun qəsdən törədilmiş bir hücum olduğuna dair heç bir işarə yoxdur. Həmçinin Rusiyanın NATO-ya qarşı aqressiv hərbi əməliyyatlara başlayacağına dair heç bir hazırlıq əlaməti yoxdur. İlkin analiz odur ki, Ukrayna öz ərazilərini qorumaq üçün və Rusiyanın raket zərbələrini zərərsizləşdirmək üçün qarşı zərbələr endirib. Bu Ukraynanın günahı deyil, baş verənlərdə Rusiya məsuliyyət daşıyır”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
							16:10 / 16.11.2022
							
						"Ukrayna Polşaya raketi özünümüdafiə üçün atıb, məsuliyyəti Rusiya daşıyır" - NATO
						
							
								Hazırda oxunan: "Ukrayna Polşaya raketi özünümüdafiə üçün atıb, məsuliyyəti Rusiya daşıyır" - NATO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: "Ukrayna Polşaya raketi özünümüdafiə üçün atıb, məsuliyyəti Rusiya daşıyır" - NATO							
						104708
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































