Sumqayıtda iki azyaşlı bacının ölüm səbəbi məlum oldu

Hazırda oxunan: Sumqayıtda iki azyaşlı bacının ölüm səbəbi məlum oldu

104704

Sumqayıtda bir ailənin iki azyaşlı övladının qida zəhərlənməsindən dünyasını dəyişdiyi bildirilir. 

Bizim.Media xəbər verir ki, azyaşlılar yemək yedikdən sonra halları pisləşib və onlar xəstəxanaya aparılarkən yolda dünyalarını dəyişib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda azyaşlı bacıların ölməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB


Sumqayıt şəhər sakinləri, 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı və bacısı 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızının meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib. 

Sumqayıt Tibb Mərkəzindən trend.az-a verilən məlumatda bildirilir ki, eyni ailənin üzvü olan iki azyaşlı bu gün saat 05:35-də valideynləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına gətirilib.

Baxış zamanı hər iki uşaqda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin